Naxçıvanda fəhlə tikinti zamanı ölüb

Xəbərlər

26.08.2023 - 18:28

cedabet dərman SEO Xidməti

Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır

Naxçıvanda fəhlə tikinti zamanı ölüb. Bu barədə AYNA-ya Ordubad Rayon Prokurorluğundan bildirilib.

Məlumata görə, avqustun 26-da 1980-ci il təvəllüdlü İlham Hüseynov Ordubad rayonunun Vənənd kəndində iaşə obyektinin tikintisi zamanı beton tökən qurğunun başlığının ona dəyməsi nəticəsində vəfat edib.

Faktla bağlı Ordubad Rayon Prokurorluğunda araşdırma aparılır.

Hadisənin başvermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş