“Prokurorluq haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda qəbul edilib
Milli Məclisin bu gün keçirilən iclasında “Prokurorluq haqqında” qanuna dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
AYNA xəbər verir ki, dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yeni təşkil olunması nəzərdə tutulur.
Dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional islahatlar prokurorluq orqanlarının struktur quruluşunun təkmilləşdirilməsinə səbəb olacaq.
Müzakirələrdən sonra Naxçıvan Hərbi Prokurorluğunun yenidən təşkil olunması məsələsini üçüncü oxunuşda qəbul edilib.