NATO-nun kontr-admiralı Bakıya gəlib

Xəbərlər

21.11.2022 - 12:11

cedabet dərman SEO Xidməti

Azərbaycanda “NATO günləri” keçirilir

Müdafiə Nazirliyi (MN) ilə NATO arasında 2022-ci il üçün Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Bakıda “NATO günləri”nə start verilib. Bu barədə AYNA-ya MN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, “NATO günləri” çərçivəsində ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Qüvvələrin Avropada Baş Qərargah rəisinin müavini kontr-admiral Qunnşteyn Brusdalın başçılıq etdiyi nümayəndə heyətinin bir sıra görüşləri nəzərdə tutulub.

Noyabrın 25-dək keçiriləcək “NATO günləri” çərçivəsində müxtəlif mövzularda brifinqlər təqdim olunacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş