Yens Stoltenberq: “Biz Ukraynanı həm pis, həm də yaxşı gündə dəstəkləməliyik”
“Ukraynada vəziyyət kritikdir. Biz oradan gələ biləcək pis xəbərlərə hazırlaşmalıyıq”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq deyib
Alyans rəsmisi etiraf edib ki, NATO tələb olunan sayda silahı Ukraynaya tədarük edə bilmir.
“Biz pis xəbərlərə hazırlaşmalıyıq. Münaqişələr mərhələlərlə inkişaf edir. Amma biz Ukraynanı həm pis, həm də yaxşı gündə dəstəkləməliyik”, - Stoltenberq əlavə edib.
Alyansın rəhbəri həmçinin etiraf edib ki, NATO üzvləri silah-sursata artan tələbatı ödəyə bilmirlər.
Ukrayna ordusunun belə bir vəziyyətdə necə hərəkət etməli olduğu sualına cavab verən Stoltenberq “bu mürəkkəb əməliyyat qərarlarının qəbulunu ukraynalılara və onların hərbi rəhbərliyinə aiddir”, deyə bildirib.