İclasın 12-13 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulub
NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin iclası keçiriləcək. AYNA xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 12-13 oktyabr tarixlərində NATO-nun Brüsseldəki mənzil-qərargahında Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində iclası keçiriləcək.
İclasa NATO-nun baş katibi Yens Stoltenberq sədrlik edəcək.