NATO-dan Kalininqradla bağlı Rusiyaya XƏBƏRDARLIQ

Dünya

31.03.2022 - 17:48

Həkimlər Klinikalar SEO Xidməti

Stoltenberq: "Biz NATO-nun şərq cinahında qüvvələrimizin sayını artırmışıq"

“Kalininqrad hər hansı quru yolu ilə bağlı onu deyə bilərəm ki, NATO oradadır və biz NATO-nun bütün müttəfiqlərini müdafiə edirik. Bura Polşa və Litva ərazisi də daxildir”.

AYNA APA-ya istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq NATO-nun 2021-ci il üçün hesabatı ilə bağlı mətbuat konfransında deyib.

“Buna görə də bu məsələ ilə bağlı Moskvada hər hansı yanlış hesablama olmamalıdır. Biz NATO-nun şərq cinahında qüvvələrimizin sayını artırmışıq. Bu məsələ ötən həftə liderlərin iclasında da müzakirə olundu ki, biz şərq cinahını daha necə gücləndirə bilərik. Çünki biz yeni reallıqla üzləşirik və bu səbəbdən də NATO-nun müdafiəsini şərq cinahında da adaptasiya etməliyik. Biz Rusiyanın Kalininqrad və ya başqa bəhanəni istifadə edərək hər hansı NATO müttəfiqinə qarşı hücum etməməsi üçün ordayıq”, - Baş katib qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş