NATO-da Türkiyəyə qarşı gizli-aşkar ittifaq: Alyans qərəzli davranarsa…

Dünya

02.09.2022 - 22:07

“Dövlətlərə rüşvət verməklə onları öz tərəflərinə çəkməyə çalışırlar”

Son zamanlar ABŞ-ın qurduğu çirkin oyunun bir parçası kimi havaya qalxan Yunanıstan yenə xəyalların dalınca gedir. Bu yaxınlarda NATO missiyasında Türkiyənin F-16-larını kilidləmək və bunu edərkən Rusiyanın S-300-lərini istifadə etmək kimi ehtiyatsızlığı, məkrli planları və hər kəsə meydan oxuyan müharibə təxribatları da boşboğazlıqdır. Hətta, bu mənada ciddi kəşfiyyat problemlərinin əlamətləri var.

Məsələn, Yunanıstan hökumətinin sözçüsü nə deyir? “Biz Türkiyəyə qarşı müttəfiqlərimizi səfərbər edə bilərik”. O müttəfiqlər kimlərdir? Avropa İttifaqının (Aİ) bəzi ölkələri, xüsusilə, NATO üzvü olan ABŞ və Fransa. Yəni təxribat və hücumlara qarşı mümkün özünümüdafiə vəziyyətində Yunanıstan “Türkiyə bizi vurur” deyəcək və ABŞ-la ikitərəfli müdafiə müqaviləsi olan Fransa köməyə qaçacaq.

Aydındır ki, NATO müttəfiqi ölkələr rəsmi olaraq bir-birilərinə silah doğruldacaq. Bəli, ABŞ-ın bu günədək sərgilədiyi münasibət, xüsusilə terror təşkilatı PKK/YPG/PYD-yə açıq dəstəyi və Yunanıstanda hərbi güclənməsi heç vaxt NATO-nun müttəfiqlik ruhuna uyğun gəlmir.

Üstəlik, NATO-nun Baş katibi Stoltenberq Fransa və Yunanıstana xəbərdarlıq edib ki, “Siz NATO-nu bölürsünüz, onu zəiflədirsiniz, iki NATO üzvü arasında başqa bir NATO üzvünə qarşı razılaşma olmamalıdır”.

Ona görə də yunan sözçünün ağzından çıxan boşboğazlıqdır, təcrübəsizlikdir. Hətta Beynəlxalq münasibətlər fakültəsinin birinci kurs tələbəsi də belə danışmaz. Çünki tələbə belə bir söz desəydi, auditoriyada gülüş hədəfinə çevrilərdi. Amma yunan sözçü ağzına gələni danışır. NATO Baş katibinin zəif çıxışı və sonradan susması da bunda böyük rol oynayır. Əks halda, bu qədər yekəxanalıq mümkün olmazdı.

Türkiyənin NATO-dakı keçmiş daimi nümayəndəsi, istefada olan səfir Onur Öymən belə izah edir:

“NATO susmamalıdır. NATO-nun 4-cü maddəsi var. Bir ölkə öz təhlükəsizliyinə təhdid hiss edəndə NATO Şurasını iclasa çağıra bilər. Əgər qarşı tərəfin orada deyəcək sözü yoxdursa, rəyinizi qeydiyyatdan keçirib qeydiyyata alırsınız. Yunanıstanın deməyə sözü yoxdur. Deyəcəklər: Hansı ölkənin hava məkanı bir yerdə onun ərazi sularından daha genişdir? Dünyada qayda belədir ki, hava məkanı ərazi sularının enidir. İndi Egeydəki ərazi suları 6 mil, Yunanıstanın hava sahəsi isə 10 mildir. Türk təyyarələri 6 mil ilə 10 mil arasında uçanda həmişə “Türkiyə hava məkanımızı pozdu” deyə şikayət edərək NATO-ya gedirlər. Bunun təfərrüatını çox yaxşı bilməyən ölkələr də Yunanıstanın haqlı olduğunu bildirir. Təbii ki, başqa səbəblər də var”.

Nə cür?

“Onların maraqları var. Fransızlar niyə səslərini çıxarmırlar? Çünki yunanlar onlardan 18 ədəd “Rafale” təyyarəsi aldılar. İndi onlar həm Fransa, həm də Almaniya ilə sualtı qayıq almaq üçün danışıqlar aparırlar. Bunu rüşvətin bir forması kimi düşünün. Dövlətlərə rüşvət verməklə onları öz tərəflərinə çəkməyə çalışırlar, həm də onlara baza imkanları verirlər. ABŞ-ın orada bazaları var. Ona görə də həmin ölkələr həmişə Yunanıstanın tərəfindədir. Türkiyənin haqlı olduğu mövzularda səhv olduğu göstərilir. Yəni Yunanıstanı dəstəkləmək onların marağındadır, amma siz mənə məsələnin mahiyyətinin nədən ibarət olduğunu deyəcəksiniz. NATO olaraq təyyarələrin marşrutlarını izləmək imkanınız var: görək nə qədər təyyarəmiz 6 mil yol keçib və siz öz haqlı olduğunuzu sübut edəcəksiniz, başqa yol yoxdur”, - deyə diplomat bildirir.

NATO Baş katibi də susur?

Öymən fikrinə belə davam edir: “Beynəlxalq münasibətlərə məhkəmə kimi baxmaq lazım deyil, siz tezisinizi müdafiə edirsiniz və əksi deyilsə, Baş katib sizi açıq şəkildə dəstəkləyə bilər. Məsələn, İsveç və Finlandiyanı dəstəklədilər. Çünki başqa cür demək mümkün deyildi. Beləliklə, siz terrorçuları qoruyacaqsınız, sonra mən sizə səs verəcəyəm, sizi NATO üzvü edəcəm. Belə bir şey olurmu?”.

Baş katib indi nə deyə bilər?

“Baş katib tək bir açıqlama verməli olsaydı, “hava məkanı və ərazi suları NATO ilə eyni məsafədə olmalıdır, biz bu cür əməllərə qarşı ədalətsizliyə yol verən tərəfi dəstəkləyə bilmərik” deyə bilərdi. Bunların hamısı məlumdur, lakin ABŞ-ın NATO-da himayədarlığı və Yunanıstan tərəfindəki mövqeyi hamıya məlumdur. Belə bir vəziyyətdə NATO-nun baş katibi bunu deyə bilərmi?

Bizim əlimiz çox möhkəmdir. Əgər NATO-nun Baş katibi sırf ABŞ onu dəstəklədiyi üçün sizə qarşı mövqe tutsa, NATO çox şey itirəcək. Onlar bunu edə bilməzlər. Heç bir NATO Baş katibi belə açıq-aşkar ədalətsizliyi müdafiə edə bilməyib. Heç olmasa, “Tərəflər oturub müzakirə məsələsini öz aralarında həll etsinlər” deyirdilər.

Yoxsa NATO “Türkiyə bu məsələdə yanılır, Yunanıstan haqlıdır” dediyi anda çox şey itirir. O, bunu edə bilməz. Elə işlər var ki, böyük dövlətlər istəsə də, istəməsə də, etmək mümkün deyil. Əgər bir ölkənin maraqlarını digər üzv dövlətin maraqlarına qarşı ədalətsiz şəkildə müdafiə etsəniz, NATO öz etibarını itirər”, - deyə keçmiş səfir fikrini yekunlaşdırır.

Yəni NATO-nun müdaxilə etməsi üçün əvvəlcə məsələni NATO-da müzakirəyə çıxarmalısınız. NATO özlüyündən işə qarışa bilməz. Əslində, Türkiyə hazırda bunu edir. Görək nə dəyişəcək...

Müəllif: Tunca Bengin

Mənbə: "milliyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli