Stoltenberq: “Rusiyanın addımlarının qarşısını almaq NATO üçün çağırışdır”
“Rusiya Atlantik okeanda və Arktikada hərbi fəaliyyətini artırıb və bu, NATO-nun bu regionda fəaliyyətinə mane olur”. AYNA xəbər verir ki, bu sözləri NATO-nun baş katibi Yens Stoltenberq Kanadanın “The Globe and Mail” qəzetinə yazdığı məqalədə Alyans üçün strateji çağırışa işarə edərkən deyib.
"Rusiyanın Şimali Atlantikada güclənməsinə müdaxilə etmək qabiliyyəti Şimali Atlantika Alyansı üçün strateji çağırışdır", - baş katib bildirib.
Stoltenberq vurğulayıb ki, NATO-nun birləşmiş qüvvələri Rusiyanın Arktikada artan təsiri ilə mübarizə aparacaq və gələn təhdidlərə cavab verəcək.