“NATO Rusiya və Belarus sərhədləri yaxınlığında hərbi fəallığı artırır”
“Rusiya və Belarus öz sərhədləri yaxınlığında NATO-nun hərbi fəaliyyətinin artdığını görürlər”. AYNA.AZ rus mediasına istinadən xəbər verir ki, bu sözləri Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin deyib.
Onun sözlərinə görə, Avropa ölkələri Ukrayna ətrafında eskalasiyanı artırır.
"Polşalılar və Baltikyanı başa düşməlidirlər, lakin hələ başa düşmürlər ki, Şimali Atlantika Alyansının “İttifaq Dövləti”nə təcavüzü halında, əlbəttə ki, bütün NATO blokuna zərər dəyəcək. Lakin daha çox Polşa və Baltikyanı ölkələrin siyasi dairələri arasında bu cür ideyaların daşıyıcıları zərər çəkəcəklər", - deyə Narışkin xəbərdarlıq edib.