Mumbayda Əfqanıstan konsulluğu açılır

Dünya

13.11.2024 - 01:18

Həkimlər Klinikalar SEO Xidməti

Konsulluq artıq Əfqanıstan vətəndaşlarına viza xidmətləri göstərməyə və pasport verməyə başlayıb

Əfqanıstan Xarici İşlər Nazirliyi (XİN) karyera diplomatı Hafiz İkramuddin Kamili Hindistanın Mumbay şəhərində konsul vəzifəsini müvəqqəti icra edən şəxs təyin edib. AYNA xəbər verir ki, bu barədə Əfqanıstanın “Baxtar” agentliyi məlumat yayıb.

XİN-dəki mənbə bildirib ki, Kamil beynəlxalq hüquq üzrə fəlsəfə doktoru dərəcəsinə malikdir və əvvəllər XİN-də Təhlükəsizlik sahəsində əməkdaşlıq və sərhəd məsələləri departamentinin direktor müavini vəzifəsində çalışıb.

Əfqanıstanın hazırkı hökumətini təmsil edən konsulluq artıq noyabrın 11-dən Əfqanıstan vətəndaşlarına viza xidmətləri göstərməyə və pasport verməyə başlayıb. Kamilin hazırda Mumbayda olduğu bildirilir.

Müəllif: Ayna.az