"Müharibədən əvvəlki dövr" - Polşa mümkün eskalasiyaya hazırlaşır

Dünya

07.10.2026 - 15:20

Varşava yeni qanun layihəsi hazırlayır

Polşa NATO rəsmiləri arasında bu il Rusiyanın mümkün hücumu ilə bağlı narahatlıqlar fonunda "müharibədən əvvəlki dövrə" hazırlıq məqsədilə qanun layihəsi hazırlayır. AYNA.AZ xəbər verir ki, bu barədə “Merkur.de” saytı məlumat yayıb.

Məlumata görə, Polşa Müdafiə Nazirliyi ölkənin müdafiə qabiliyyətini gücləndirmək və silahlı qüvvələrlə daxili təhlükəsizlik xidmətləri arasında əlaqələri yaxşılaşdırmaq məqsədi daşıyan qanun layihəsi hazırlayıb.

Həmçinin bildirilib ki, Varşava 2039-cu ilə qədər ordusunun sayını 300 min peşəkar əsgərə çatdırmağı planlaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş