Müəllimlərin vakansiya seçimi başlayıb

Xəbərlər

16.09.2022 - 11:56

cedabet Klinikalar SEO Xidməti

Müddətli müqavilə ilə işləmək istəyən müəllimlərin vakansiya seçiminə start verilib

Bu gündən etibarən ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi başlanır.

Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən AYNA-ya verilən məlumata görə, vakansiya seçimi sentyabrın 19-u saat 11:00-dək davam edəcək. Müddətli müqavilə ilə işə qəbul üçün vakansiya seçimi zamanı namizədlər dörd vakant yer seçə bilərlər.

Vakansiya seçimində iştirak etmək istəyən namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Xatırladaq ki, vakansiya seçimində müsabiqənin test imtahanı mərhələsində 40 və daha yüksək bal toplamış namizədlərin iştirak hüququ var.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş