Müəllimlərə qızıl hədiyyə edilməsi araşdırılır

Xəbərlər

12.06.2023 - 19:22

cedabet dərman SEO Xidməti

“İlkin məlumat belədir ki, həmin hədiyyə sırf valideynlərin istəyi əsasında verilib”

Abşeron-Xızı Regional Təhsil İdarəsi Xırdalan şəhəri 9 saylı məktəbin birinci sinif şagirdlərinin valideynlərinin “Əlifba bayramı”nda müəllimə qızıl qolbaq hədiyyə etməsi barədə yayılan görüntülərə münasibət bildirib.

AYNA-nın xəbərinə görə, İdarədən Oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma davam etdirilir: “İlkin məlumat belədir ki, həmin hədiyyə sırf valideynlərin istəyi əsasında verilib. Bu hadisə dərsdən kənar vaxtda olub. Bundan məktəb rəhbərliyi və müəllim xəbərdar olmayıb. Valideynlərdən də izahat alınıb. Onlar da müəllimi müdafiə edərək, bunun özlərinin istəyi ilə olduğu və müəllimin günahının olmadığını bildiriblər”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş