Müdafiə sənayesi məhsulları daşıyan Ukrayna təyyarəsi qəzaya uğrayıb

Dünya

17.07.2022 - 12:34

Həkimlər Klinikalar SEO Xidməti

Müdafiə Nazirliyi: Yunanıstanda qəzaya uğrayan Ukraynanın An-12 təyyarəsi müdafiə məhsulları daşıyırdı

Ukraynaya məxsus An-12 nəqliyyat təyyarəsi Serbiya istehsalı olan müdafiə təyinatlı məhsulları daşıyarkən Yunanıstanda qəzaya uğrayıb. AYNA xəbər verir ki, bu barədə Serbiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, müdafiə təyinatlı məhsullar Banqladeş üçün nəzərdə tutulub.

“Gecə Yunanıstanda qəzaya uğrayan An-12 təyyarəsi 11,5 ton müdafiə sənayesi məhsulumuzu Banqladeşə aparırdı. Təəssüf ki, qəza nəticəsndə 8 nəfərdən ibarət bütün ekipaj üzvü həlak olub", - deyə Serbiya Müdafiə Nazirliyinin məlumatında vurğulanıb.

Qeyd edək ki, təyyarə iyulun 17-nə keçən gecə qəzaya uğrayıb. Qəzadan əvvəl An-12 pilotu qəza siqnalı verib və təcili eniş üçün icazə istəyib. Təyyarə hava limanına çata bilməyib və alışıb. Yanan təyyarə Yunanıstanın Antifilipi kəndi yaxınlığında qarğıdalı sahəsinə düşüb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş