Həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib
Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğluna Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.
AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edək ki, bu gün "Qafqazinfo.az" saytında Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi saxlanıldığı barədə məlumat yayılmışdı. O, külli miqdarda mənimsəmədə ittiham edilir. M. Qurbanov barəsində Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə və vəzifə səlahiyyətləri aşma maddələri ilə cinayət işi başlanılıb.
M. Qurbanov ehtiyatda olan polkovnikdir. 27.08.2019-cu ildə ordu sıralarından yaşa görə ehtiyata buraxılıb.