Müdafiə Nazirliyi Xankəndi barədə məlumatı təkzib edib

Xəbərlər

21.09.2023 - 13:15

"Yayılan bu məlumatı qəti surətdə təkzib edirik"

Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimizin Xankəndi istiqamətində hücuma keçməsi barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya məqsədi daşıyır.

AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Yayılan bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə bəyanatda bildirilir.

Müəllif: Ayna.az