MN: "Ordumuzun Xocalının Pirlər yaşayış məntəqəsini atəşə tutması yalandır"
Azərbaycan Ordusunun bölmələrinin Xocalı rayonunun Pirlər yaşayış məntəqəsi istiqamətində guya atəş açması barədə erməni mətbuatında yayılan məlumat yalandır, təxribat xarakteri daşıyır.
Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən (MN) bildirilib.
“Ordumuzun bölmələrinin fəaliyyəti barədə bu kimi təxribatların yayılmasının heç bir real əsası yoxdur”, - qeyd olunub.