“Yayılan məlumatı qəti surətdə təkzib edirik”
Yanvarın 19-u səhər saatlarında guya ordumuzun bölmələri tərəfindən atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumat yalandır.
AYNA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb.
“Yayılan məlumatı qəti surətdə təkzib edirik”, - məlumatda qeyd olunub.