Müdafiə Nazirliyi: Ermənistan artilleriya qurğularından istifadə edir

Xəbərlər

16.11.2021 - 14:34

Həkimlər Klinikalar SEO Xidməti

“Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür”

Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədində ölkəmizə qarşı genişmiqyaslı təxribatlarını davam etdirir. AYNA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qarşı tərəfin hərbi birləşmələri dövlət sərhədində vəziyyəti daha da gərginləşdirmək məqsədilə Laçın rayonu ərazisində yerləşən bölmələrimiz istiqamətində müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəş açıb.

Ermənistan tərəfinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat tədbirlər görülür.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş