“Hərbçilərimizin xəsarət alması barədə məlumatlar qarşı tərəfin informasiya təxribatıdır”
"Ermənistanın sosial şəbəkələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Basarkeçər rayonu istiqamətində təxribat məqsədilə atəş açılması və Ermənistan hərbçilərinin cavab atəşi nəticəsində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın xəsarət alması barədə yaydığı məlumatlar həqiqəti əks etdirmir, tamamilə yalandır". AYNA xəbər verir ki, bu sözlər Müdafiə Nazirliyinin yaydığı məlumatda əksini tapıb.
Qeyd edilib ki, bu, qarşı tərəfin növbəti informasiya təxribatıdır: "Yayılan məlumatı qəti surətdə təkzib edirik. Hərbi texnika və şəxsi heyət arasında heç bir xəsarət alan yoxdur".