Azərbaycan Müdafiə Nazirliyi ermənilərin iddiasını təkzib edib
Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumat yalandır, heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir.
AYNA xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə məlumatda bildirilib.