Müdafiə Nazirliyi: "Azərbaycan Ordusunun erməni hərbçini yaralaması xəbəri yalandır"

Xəbərlər

24.11.2022 - 08:36

Nazirlik Ermənistan tərəfinin yaydığı məlumatı təkzib edib

Noyabrın 23-ü saat 13:20 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəş açılması nəticəsində qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat yalandır.

Bu barədə AYNA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

"Yayılan məlumatı qəti surətdə təkzib edirik", - müdafiə qurumu vurğulayıb.

Müəllif: Ayna.az