Mourinyo hakimi təhqir etdiyinə görə cəzalanıb

İdman

23.02.2022 - 05:16

Həkimlər Klinikalar SEO Xidməti

Baş məşqçi 2 oyunluq diskvalifikasiya edilib

İtaliyanın "Roma" klubunun baş məşqçisi Joze Mourinyo cəzalandırılıb. AYNA "Football Italia" nəşrinə istinadən xəbər verir ki, buna portuqaliyalı mütəxəssisin evdə "Verona" ilə 2:2 hesablı heç-heçə etdikləri A Seriyasının XXVI tur matçında baş hakim Luka Payrettonu təhqir etməsi səbəb olub. Referini qərəzli idarəçilikdə günahlandıran 59 yaşlı baş məşqçi 2 oyunluq diskvalifikasiya edilib.

Həmçinin "Verona" ilə qarşılaşmada meydana çıxmağa cəhd edən paytaxt klubunun idman direktoru Tyaqo Pintoya da 1 oyunluq cəza verilib.

Bundan başqa, "Atalanta"nın baş məşqçisi Can Pyero Qasperini səfərdə "Fiorentina"ya 0:1 hesabı ilə uduzduqları görüşdə referiyə etiraz və hörmətsizliyə görə diskvalifikasiya olunub. O, növbəti turda texniki zonada yer almayacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş