Moskvanın 3 aeroportunda 157 reys təxirə salınıb

Dünya

28.02.2022 - 10:46

Həkimlər Klinikalar SEO Xidməti

Hava limanlarında onlarla reys gecikir

Rusiyanın paytaxtı Moskvanın “Vnukovo”, “Domodedovo” və “Şeremetyevo” hava limanlarında 180-dən çox reys ya gecikir, ya da təxirə salınıb. Bu barədə AYNA “RİA Novosti”yə istinadən bildirir.

Məlumatda qeyd edilib ki, “Vnukovo”a aeroportunda 6 reys gecikir, 43-ü təxirə salınıb. “Domodedovo”da 9 reys gecikir, 14-ü təxirə salınıb. “Şeremetevo”a hava limanında isə 14 reys gecikir, 100-ü təxirə salınıb.

Qeyd edək ki, Avropa İttifaqı hava məkanını Rusiya təyyarələri üçün tamamilə bağlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş