Moskvada Lavrov və Ceyhun Bayramov arasında görüş olub

Xəbərlər

23.12.2022 - 15:15

cedabet dərman SEO Xidməti

Lavrov üçtərəfli görüşün təxirə salınmasından danışıb: “Ermənilər bu cür imkanı qaçırdılar”

Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov və Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov arasında ikitərəfli görüş başlayıb. AYNA APA-ya istinadən xəbər verir ki, görüş Rusiya XİN-in Qəbullar Evində keçirilir.

Görüşün protokol hissəsi mətbuat nümayəndələri üçün açıq olub.

“Təəssüf ki, ermənilər bu cür imkanı qaçırdılar”. Bunu Rusiya XİN başçısı Sergey Lavrov azərbaycanlı həmkarı ilə görüşü zamanı deyib.

Rusiya XİN başçısı Ermənistanın bu günə planlaşdırılan Rusiya-Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etmək imkanını qaçırdığını qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş