Moskvada Duqinin qızının idarə etdiyi avtomobil partladı: Darya hadisə yerində ölüb

Dünya

21.08.2022 - 12:03

Həkimlər Klinikalar SEO Xidməti

Rus filosofun 30 yaşlı qızının cipinin Moskvada partlamasının təfərrüatları bilindi

İctimai fəal Krasnov: 30 yaşlı Daria Dugina şəhərətrafı qəsəbələrdə avtomobilin partlaması nəticəsində öldü

Rus filosofu və ictimai xadimi Aleksandr Duqinin 30 yaşlı qızı Darya Moskva vilayətində avtomobilin partlaması nəticəsində ölüb. AYNA TASS-a istinadən bildirir ki, “Rusiya üfüqü” İctimai Hərəkatının rəhbəri və mərhumun tanışı Andrey Krasnov məlumatı təsdiqləyib.

"Bəli, çox pis bir hadisə baş verdi. Mən Dariyanı şəxsən tanıyırdım", - deyə bildirib.

Nə baş verib?

“Telegram” kanallarının xəbərinə görə, şənbə günü axşam saatlarında Darya Duqinanın Moskva vilayətində cipi partlayıb. Hadisə Mojayskoye şossesində, Böyük Vyazemi kəndi yaxınlığında baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, hadisə avtomobil hərəkətdə olarkən baş verib. Duqinanın avtomobili Moskva vaxtı ilə saat 21:35-də partlayıb. Bundan sonra avtomobil yoldan çıxaraq binaya çırpılıb. Maşın dərhal alovlanıb, tamamilə alova bürünüb. O, sürətlə idarə etdiyi üçün idarəetməni itirib və yolun əks tərəfinə uçub.

TASS-ın hüquq-mühafizə orqanlarındakı mənbəsi bildirib ki, cipdə olan qadın sürücü dünyasını dəyişib. Lakin onun meyiti tamamilə yandığından onu yerindəcə tanımaq mümkün olmayıb.

Skripkaçı Pyotr Lundstremin isə dediyinə görə, Darya atası Aleksandr Duqinin getməli olduğu avtomobillə festivaldan qayıdırmış. A.Duqinin özü isə maşında yola düşüb.

“Rus üfüqləri” İctimai Hərəkatının rəhbəri Daryanın atasının avtomobilini idarə etdiyini təsdiqləyib.

“Daşa başqa maşın sürür, amma bu gün atasının avtomobilini sürdü. Aleksandr Qeleviç isə fərqli avtomobildə getdi. Anladığım qədər hədəf birbaşa Aleksandr Qeleviç olub. Bəlkə də hər ikisi”, - A.Krasnov vurğulayıb.

Aleksandr Duqin kimdir?

Sovet və rus filosofu, politoloq, sosioloq, tərcüməçi və ictimai xadim Aleksandr Duqin 1962-ci ildə anadan olub. Beynəlxalq Avrasiya Hərəkatına rəhbərlik edir. 2014-cü ildə Amerikanın “Foreign Policy” nəşri Duqini müasir dünyanın ən yaxşı 100 “qlobal mütəfəkkiri” siyahısına daxil edib. O şovinist millətçi kimi tanınır.

Darya Duqina 1992-ci ildə anadan olub. Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirib. Beynəlxalq Avrasiya Hərəkatının siyasi müşahidəçisi olub. Həmçinin musiqi təhsili alıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş