Moskvada aksiyalar gecəyədək davam edib:mindən çox etirazçı tutulub

Dünya

25.01.2021 - 09:51

Həkimlər Klinikalar SEO Xidməti

Saxlanılanların əksəriyyəti 20-30 yaş arasındadırlar

 

Dünən Moskvada keçirilən icazəsiz etiraz mitinqlərində mindən çox şəxs saxlanılıb. AYNA Rusiya mediasına istinadən bildirir ki, bu barədə paytaxtın Ombudsmanı Tatyana Potyaeva deyib.

 

Ombudsman qeyd edib ki, tutulan etirazçının əksəriyyəti 20-30 yaş arasındadır.

 

Qeyd edək ki, mitinqlər paytaxtın “Puşkinskaya” meydanında və “Svetnoy Bulvar” ətrafındakı küçələrdə baş tutub. Aksiyalar axşam saatlarınadək davam edib. OMON dəstələri ilə etirazçılar arasında qarşıdurmaların olduğu bildirilir.

 

Xatırladaq ki, yanvarın 23-ü günorta saatlarından sonra Rusiyanın bir çox şəhərlərində etiraz mitinqləri, aksiya və yürüşləri başlayıb. Aksiyaçılar müxalifət lideri Aleksey Navalnının həbsinə etiraz edirlər.

Kremlin Spokesman Blasts US Embassy for Statements About Unauthorised  Protests in Russia - Sputnik International

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş