Hava limanlarında çətin vəziyyət yaranıb
Moskva hava limanlarında duman səbəbindən 33 reys gecikib və təxirə salınıb.
AYNA xarici KİV-ə istinadənxəbər verir ki, Vnukovoda yeddi reys gecikib, ikisi isə ləğv edilib.
Domodedovoda isə doqquz reys gecikib.
Ən çətin vəziyyət paytaxtın Şeremetyevo hava limanında qeydə alındığı bildirilir. Burada yeddi reys gecikib, daha doqquz reys ləğv olunub.