Moldovada Afrika donuz taunu aşkar edilib

Dünya

12.07.2022 - 05:25

Həkimlər Klinikalar SEO Xidməti

Strasenidə fövqəladə hallar üzrə rayon komissiyası yaradılıb

Moldovanın paytaxtı Kişinyovdan 50 km aralıda Afrika donuz taunu aşkarlanıb. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Moldovanın Qida Təhlükəsizliyi üzrə Milli Agentliyi məlumat yayıb.

"Donuzların Afrika taunu Straseni rayonunun Lozova kəndindəki təsərrüfatda qeydə alınıb. Nümunələr ixtisaslaşmış milli laboratoriyada yoxlanılıb", - məlumatda deyilir.

Strasenidə fövqəladə hallar üzrə rayon komissiyası yaradılıb.

Bütün hallar Ukrayna ilə sərhədə yaxın ev təsərrüfatlarında aşkar edilib, epidemioloqlar çirklənmiş məhsulların gətirildiyini güman edirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş