Erməni mediası separatçının Azərbaycan hərbçiləri tərəfindən saxlanılması məlumatını yayıb
Qarabağda Ordumuzun əməliyyatı nəticəsində təslim olmuş qondarma rejimin keçmiş müdafiə naziri Levon Mnatsakanyan Laçından Ermənistana keçmək istəyərkən saxlanılıb.
Bu barədə AYNA erməni mətbuatına istinadən xəbər verir.
Bildirilib ki, Mnatdakanyan Qarabağdan Ermənistana getmək üçün Laçında yerləşdirilən nəzarət-buraxılış məntəqəsindən keçərkən Azərbaycan hərbçiləri tərəfindən saxlanılıb.
Xatırladaq ki, L.Mnatsakanyan hər iki Qarabağ müharibəsində iştirak edib. 1990-cı illərdə Qarabağda azərbaycanlı əhaliyə qarşı xüsusi amansızlıq göstərən erməni terrorçularından biridir.