MN: Rusiya zastavasının atəşə tutması məlumatı yalandır

Aktual

29.10.2020 - 17:18

“Bizim Ermənistan ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur”

 

Ermənistan mətbuatının Azərbaycan Ordusunun guya, Ermənistan ərazisində İranla həmsərhəd bölgələrdə yerləşən Rusiya sərhəd zastavasını minaatanlardan atəşə tutması ilə bağlı yaydığı məlumat tamamilə dezinformasiyadır və təxribat xarakteri daşıyır. AYNA xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, əksinə, həmin istiqamətdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisi atəşə tutulub.

 

“Bir daha bildiririk ki, bizim Ermənistan ərazisində heç bir hərbi məqsədlərimiz yoxdur”, - deyə açıqlamada qeyd olunub.

Müəllif: Ayna.az