Mişustin: "Rusiya Azərbaycanla əməkdaşlığı gücləndirməkdə maraqlıdır"

Siyasət

05.03.2024 - 19:23

Rusiya Azərbaycanla əməkdaşlığın gücləndirilməsində maraqlıdır.

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustin Azərbaycana səfəri çərçivəsində bildirib.

“Biz dost Azərbaycanla dostluğun və əməkdaşlığın möhkəmləndirilməsində səmimi olaraq maraqlıyıq”, - o deyib.

Mişustinin sözlərinə görə, bunun etibarlı əsası Rusiya ilə Azərbaycan arasında müttəfiqlik fəaliyyəti haqqında bəyannamədir.

O, ölkələrin humanitar sahədə, o cümlədən ali təhsil sahəsində əməkdaşlığını ayrıca qeyd edib. “Rusiyada 7 mindən çox azərbaycanlı tələbə təhsil alır”, - Mişustin bildirib.

Rusiya hökumətinin başçısı qarşılıqlı sərmayənin səviyyəsinin artırılmasını da Moskva və Bakının vəzifələrindən biri adlandırıb.

Müəllif: Ayna.az