Misir Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib

Siyasət

21.02.2024 - 22:20

Əbdülfəttah əs-Sisi: "Bu xəbəri böyük sevinclə qarşıladım"

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

AYNA xəbər verir ki, təbrikdə deyilir:

"Dost Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırıram. Bu xəbəri böyük sevinclə qarşıladım.

İnamlı qələbəniz Azərbaycan xalqının Sizin müdrik rəhbərliyinizə göstərdiyi etimadın və dəstəyin sübutudur. Bu, həm də Azərbaycan xalqının Sizin ölkəni inkişaf və tərəqqi yoluna aparmaq bacarığınıza inamını bir daha təsdiq edir. Əminəm ki, yenidən prezident seçilməyiniz Azərbaycanın regional və beynəlxalq nüfuzunu daha da möhkəmləndirəcək.

Cənab Prezident, mən Sizinlə əməkdaşlıq və koordinasiya sayəsində qarşıdakı dövrdə Misir-Azərbaycan münasibətlərinin yüksəlişinin şahidi olacağımı səbirsizliklə gözləyirəm".

Müəllif: Ayna.az