Politoloq: “Putinin “bütün xarici qüvvələr qısa müddətdə Suriya ərazisini tərk etməlidir” deyərkən, ilk növbədə Türkiyə və ABŞ-ı nəzərdə tutur”
Xəbər verdiyimiz kimi, bu günlərdə Rusiya Prezidenti Valdimir Putin və İran Prezidenti Həsən Ruhani, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankarada 5-ci "Suriya zirvəsi"ndə bir araya gəliblər. Ötən illərdəki görüşlər kimi, bu il də Suriya üzrə toplantıda bir sıra məsələlər müzakirə olundu.
Görüşü AYNA-ya şərh edən politoloq Nəzakət Məmmədova Ankara görüşünün bir sıra məsələlərə görə əlamətdar olduğunu deyib: “Səudiyyə Ərəbistanının “Aramco” şirkətinə məxsus zavodların vurulmasında İranın ittiham olunması, ABŞ-ın İrana qarşı ritorikasının sərtləşməsi, Rusiya, İran və Suriya hərbçilərinin Türkiyə Silahı Qüvvələrinə atəş açması və İdlibdə vəziyyətin gərginləşməsi, həmçinin Rusiyanın "Böyük səkkizlik"ə qayıtması fonunda müttəfiqlər arasında baş tutan görüş, haqlı olaraq dünya siyasətinin mühim hadisələrindən birinə çevrildi. Ankara görüşündə hər bir ölkə onları narahat edən məsələni diqqət məkəzinə çəkməyə çalışdı. İran Astana modelinin Yəmən üçün də tətbiq olunmasının mümkünülüyünü vurğuladı”.
Mərahim Nəsib