“Ermənistanın qısa müddətdə Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün aydın siyasi iradəsi var”
BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İtaliyanın Baş nazirinin müavini, xarici işlər naziri Antonio Tajani ilə görüşüb.
AYNA erməni mediasına istinadən bildirir ki, Ermənistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, həmsöhbətlər regional hadisələri müzakirə ediblər. Cənubi Qafqazda sülhün bərqərar olunması məsələlərinə toxunulub.
Ararat Mirzoyan vurğulayıb ki, “Ermənistanın qısa müddətdə Azərbaycanla sülh müqaviləsi imzalamaq üçün aydın siyasi iradəsi var”.
Ermənistan XİN rəhbəri vurğulayıb ki, “Ermənistan regionda sabitliyin təmin edilməsinə dair baxışı ərazi bütövlüyünə qeyd-şərtsiz hörmətə, sərhədlərin toxunulmazlığı prinsiplərinə, eləcə də iqtisadi qarşılıqlı əlaqəyə yönəlmiş təşəbbüslərə” əsaslanır.