Miqrantları daşıyan qayıq aşıb: 44 nəfər ölüb

Dünya

09.05.2022 - 08:32

Xilasedicilər 7 nəfərin cəsədini sudan çıxara biliblər

Mərakeşdə Qərbi Sahara sahillərində Avropaya getməyə çalışan miqrantları daşıyan qayıq aşıb.  

AYNA xarici mediaya istinadən bildirir ki, hadisə nəticəsində 44 nəfər həlak olub.

Qayıqda olanlardan 12-nin xilas edildiyi bildirilir. Məlumata görə, xilasedicilər 7 nəfərin cəsədini sudan çıxara biliblər. Qalanlarını isə tapmaq mümkün olmayıb.

Müəllif: Ayna.az