Mingəçevirdə kütləvi zəhərlənmə: 5-i uşaqdır

Xəbərlər

04.04.2022 - 01:51

Həkimlər Klinikalar SEO Xidməti

Zəhərlənən şəxslərdən 14-ü evə buraxılıb

Zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmiş 16 nəfərdən (11 orta yaşlı, 5 uşaq) 14-ü ilkin təxirəsalınmaz tibbi yardım göstərildikdən sonra evə buraxılıb. AYNA xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, digər 2 nəfərin isə vəziyyəti stabildir. Zəruri yardımlar göstərildikdən sonra ambulator müalicələrini davam etdirilmələri üçün evə buraxılmaları planlaşdırılır.

Qeyd edək ki, Mingəçevirdə bir küçədə yaşayan ayrı-ayrı ailələr tərəfindən xəstəxanaya müraciətlər olub. Kütləvi zəhərlənmənin səbəbi araşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş