Küçələr suyun altında qalıb
İntensiv yağışlar Mingəçevir şəhərində fəsadlara səbəb olub.
AYNA.AZ APA-ya istinadən xəbər verir ki, şəhər ərazisində keçən Havarlı su arxının daşması nəticəsində 18 evin həyətini su, şəhərin bəzi küçələrini su basıb.
Mingəçevir Fövqaladə hallar komissiyasının sədr müavini Məhluqə Cavadova APA-ya bildirib ki, fəsadların aradan qaldırılması istiqamətində işlər aparılır. Əraziyə texnika və işçi qüvvəsi cəlb olunub.