Minatəmizləmə əməliyyatlarını həyata keçirəcək qadın qrupları yaradılacaq

Xəbərlər

07.02.2023 - 16:18

Qadınların humanitar minatəmizləmə kimi mühüm fəaliyyətlərə cəlb olunmaları təmin olunacaq

Minatəmizləmə əməliyyatlarını həyata keçirəcək ilk qadın qrupları yaradılacaq. Biz bu layihəyə “Heç kəs kənarda qalmasın" prinsipinə sadiqliyimizi nümayiş etdirmək məqsədilə başlayırıq.

AYNA xəbər verir ki, bu fikirləri BMT-nin İnkişaf Proqramının (BMT İP) Azərbaycan üzrə rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros söyləyib.

O deyib ki, bu layihə BMTİP üçün vacibdir: “Çünki o, məcburi köçkünlərin təhlükəsiz şəkildə öz evlərinə qayıtmasını təmin etməklə yanaşı, həm də Azərbaycanda minatəmizləmə əməliyyatlarını həyata keçirəcək ilk qadın qruplarının yaradılmasına töhfə verəcək. Bu, həmçinin qadınların humanitar minatəmizləmə kimi mühüm fəaliyyətlərə cəlb olunmalarını təmin edəcək”.

Müəllif: Ayna.az