Milli Park ərazisində balıq ovlayan şəxs saxlanılıb

Xəbərlər

10.03.2023 - 13:42

cedabet dərman SEO Xidməti

Onun təbiətə 1023 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib

Qızılağac Milli Parkının ərazisində elektriklə balıq ovlayan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AYNA-ya verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən Qızılağac Milli Parkının əməkdaşları ilə birgə qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində tədbir keçirilib.

Keçirilən tədbirlər nəticəsində Milli Parkın ərazisindəki kiçik körfəz su sahəsində elektrik avadanlıqları ilə qanunsuz balıq ovlayan Masallı rayon sakini Rövşən Ağacanov saxlanılıb.

Həmin şəxsdən ov zamanı istifadə etdiyi qayıq, elektrik avadanlıqları və digər ov alətləri, həmçinin qanunsuz olaraq ovladığı balıqlar aşkar olunaraq götürülüb. Onun təbiətə 1023 manat dəyərində maddi ziyan vurduğu müəyyən edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş