Milli Məclisin deputatları Qazaxıstana gedirlər

Xəbərlər

16.11.2022 - 10:47

cedabet dərman SEO Xidməti

Millət vəkilləri prezident seçkilərini müşahidə edəcəklər

Milli Məclisin bir qrup deputatı Qazaxıstan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün noyabrın 17-də Astana şəhərinə səfər edəcək.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AYNA-ya verilən xəbərə görə, deputatlar Jalə Əliyeva, Naqif Həmzəyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) xətti ilə, millət vəkili Vüqar İskəndərov Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) tərəfindən seçkiləri izləyəcəklər.

Beynəlxalq müşahidəçilər qismində seçkilərdə iştirak edəcək deputatlarımız hazırlıq mərhələsi ilə tanış olacaq və seçki məntəqələrində prosesin gedişini, vətəndaşların fəallığını izləyəcəklər. Səfər noyabrın 23-də başa çatacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş