Milli Məclis Novruz bayramı münasibətilə İlham Əliyev və Mehriban Əliyevanı təbrik edib

Siyasət

17.03.2023 - 18:57

Bu gün parlamentin növbəti plenar iclası keçirilib

Milli Məclis Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.

AYNA-nın xəbərinə görə, Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik məktubunun ünvanlanmasını təklif edib.

Deputatlar sədrin təklifinə dəstəklərini alqışlarla bildiriblər.

Müəllif: Ayna.az