Milli Məclis buraxıldı: növbədənkənar parlament seçkiləri təyin edilib

Xəbərlər

28.06.2024 - 15:08

Həkimlər Klinikalar SEO Xidməti

Prezident İlham Əliyev Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzalayıb.

AYNA xəbər verir ki, Sərəncama əsasən, altıncı çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxılıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Müəllif: Ayna.az