Ulduz futbolçu peşəkar karyerasını Argentina klubunda bitirmək imkanını nəzərdən keçirir
Amerikanın “İnter Mayami” klubunun hücumçusu Lionel Messi 2025-ci ildə Argentinanın “Nyuells Old Boyz” klubuna qayıda bilər. AYNA xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.
Mənbənin sözlərinə görə, hücumçu 1994-2000-ci illərdə gənclər səviyyəsində çıxış etdiyi "Nyuells Old Boyz"da peşəkar karyerasını bitirmək imkanını nəzərdən keçirir.
37 yaşlı ulduz futbolçunun "İnter Mayami" ilə hazırkı müqaviləsi 2025-ci ilə qədərdir. Qeyd olunur ki, Messi azad agent kimi “Nyuells Old Boyz”a keçib peşəkar futbolçu karyerasını orada bitirməyi ciddi şəkildə düşünür.
Lionel əvvəllər "Barselona" və PSJ-də çıxış edib. Argentina millisinin tərkibində hücumçu 2022-ci ildə dünya çempionu olub.