Merz Almaniya kansleri olarsa, Rusiyaya 24 saat vaxt verəcək

Dünya

12.11.2024 - 11:44

Həkimlər Klinikalar SEO Xidməti

Siyasətçi qalib gəlsə, Ukraynada hərbi əməliyyatların dayandırılmasını tələb etmək niyyətindədir

Xristian Demokratlar İttifaqından (CDU) Almaniya kansleri vəzifəsinə namizəd Fridrix Merz Rusiyaya ultimatum verməyə və ölkə Prezidenti Vladimir Putinlə danışıqları təşkil etməyə hazır olduğunu bildirib. AYNA xəbər verir ki, onun sözlərini “Stern” jurnalı dərc edib.

Siyasətçi bildirib ki, seçkilərdə qalib gəlsə, Ukraynada hərbi əməliyyatların dayandırılmasını tələb etmək niyyətindədir - qərar qəbul etmək üçün Moskvaya 24 saat vaxt verəcək. Əgər Rusiya bundan imtina edərsə, siyasətçi Kiyevə “Taurus” qanadlı raketlərinin verilməsini və uzaq mənzilli silahlarla Rusiya ərazisinin dərinliklərinə zərbə endirilməsinə qoyulmuş qadağanın götürülməsi vədini verib.

Qeyd edək ki, Almaniyanın hazırkı kansleri Olaf Şolts bu cür təşəbbüslərə qarşı çıxır. Oktyabrın sonunda o, yenidən Kiyevə uzaqmənzilli raketlərin verilməsini pisləyib və bu qərarı “yanlış” adlandırıb.

Müəllif: Ayna.az