Mərkəzi Bankda valyuta hərracı keçirilib

İqtisadiyyat

26.04.2022 - 14:59

Manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb

Bu gün Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

Mərkəzi Bankdan AYNA-ya verilən məlumata görə, hərracda tələb 61 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

Müəllif: Ayna.az