Baş bankir: “Pandemiya şəraitində əhali öz yığımlardan istifadə edir”
Azərbaycanda banklara qoyulan əmanətlərin həcmi azalıb. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Baş bankir bildirib ki, bu ilin əvvəlindən əhalinin banklara qoyulan əmanətləri 3,7 faiz - 300 milyon manat azalıb: “Təbii ki, bu da gözləniləndir. Çünki pandemiya şəraitində əhali öz yığımlardan istifadə edir. May ayında isə banklara əmanətlərin qoyulmasında 0,3 faiz - 51 milyon manat artım müşahidə olunur. Bank sektorunda 9,7 milyard manatdan çox likvidlik var”.