Qızıl kimi dövr gəlir

İqtisadiyyat

23.05.2021 - 15:12

Toylar geri qayıdır: Sovet qızıl zinət əşyaları düzəltmək ənənəsi yenidən dirçəldilməlidir

 

Xəbər verdiyimiz kimi, ölkədə toyların keçirilməsinə icazə veriləcəyi gözlənilir. Bu qərar zərgərlik daxil olmaqla, bir sıra sahələri də canlandıracaq. Ölkəmizdə çox sayda zinət əşyaları adətən yalnız toylar üçün, eləcə də digər xüsusi tarixlər üçün alınır və ona görə də bir il ərzində əhalinin bu cür alış-verişə praktiki olaraq ehtiyacı yox idi.

 

Zinət əşyaları istehsalçıları və satıcıları həm toyların ləğvi, həm də əhalinin alıcılıq qabiliyyətinin azalması səbəbindən tələbin azaldığını qeyd edirlər, lakin gələcəyə nikbinliklə baxırlar. Son vaxtlar ölkəmizdə bir sıra səbəblərdən yaxşı vəziyyətdə olmayan zərgərlik sənayesinin dirçəlməsindən narahatlıq ifadə olunması müsbət bir məqamdır. Bu sahədə əsas problemlər sırasında ilk öncə səhv vergi siyasətinin adını çəkmək olar ki, nəticədə ölkəyə keyfiyyətsiz xarici zərgərlik məhsulları axın etdi.

 

Vəziyyəti düzəltmək üçün ən vacib addım Vergi Məcəlləsinə 2021-ci il yanvarın 1-dən etibarən, müvafiq orqan tərəfindən təsdiqləmə sənədi əsasında üç il müddətinə qızıl və gümüşdən hazırlanmış zərgərlik istehsalı və emalı üçün avadanlıq və cihazların ƏDV-dən azad olması barərə edilən dəyişikliklərdir. Həmçinin qızıl və gümüşün külçə, sikkə, qranul şəklində satışı da ƏDV-dən azad edildi. Bundan əlavə, platin, qızıl və zərgərlik məmulatları və onlardan hazırlanan digər məhsullar, cilalanmış, qablaşdırılmış, çərçivəyə qoyulmuş və bərkimiş brilyantlar Vergi Məcəlləsinin 188.1.1-ci maddəsinin müddəaları nəzərə alınmaqla eyni müddətə aksizdən azad edilir.

 

AYNA-ya danışan zərgər İbrahim Akayevin sözlərinə görə, zərgərlər gələn müsbət xəbərdən çox məmnundular, lakin bu günə qədər onlar üçün heç bir şey dəyişməyib: “Xaricdən gələn keyfiyyətsiz məhsullara gəldikdə, həqiqətən belə mallar ölkəyə daxil olurlar və bu, pula qənaət etmək istəyən, daha aşağı standartda qızıl məhsulları idxal etməyə çalışan yerli sahibkarların günahıdır. Bu, ümumiyyətlə böyük bir mövzudur. Aşağı keyfiyyətli zərgərlik məmulatları keçmişdə olub, indi var və böyük ehtimalla, yaxın gələcəkdə də olacaq. Ancaq bir zərgər professionaldırsa, hər zaman işini yaxşı yerinə yetirəcək”.

 

Mütəxəssisin dediyinə görə, yerli zərgərlər demək olar ki, istənilən sifarişləri yerinə yetirə bilər, texnologiyalar buna imkan verir: “Bakı Zərgərlik Zavodu keçmiş Sovet İttifaqında ən böyük müəssisələrdən biri sayıldığından, ölkədə yaxşı bir zərgərlik məktəbi var idi. Zərgərliyə olan tələbdən danışırıqsa, əvvəlkindən daha azdır, amma bu cür məhsullar hələ də tələb olunur. Ancaq təbii ki, zərgərlər indi əvvəlki qədər pul qazanmırlar. Məhsulların dəyəri beynəlxalq bazarda qiymətli metalların qiymətlərindən asılıdır. Zərgərlər sənət və qrafika fakültələrində oxuyurlar, lakin bilavasitə zərgərlik sexlərində daha çox öyrənirlər. Ölkədə çoxlu köklü zərgər var və bilik atadan oğula keçəndə başqaları üçün əlçatmaz olan bütün sirləri və incəlikləri ona izah edilir. Mən özüm belə bir köklü zərgərəm”.

 

Şübhəsiz ki, Azərbaycanın zəngin zərgərlik sənətinin ənənələri var, lakin son illərdə çox şey itirilib. Bu səbəbdən peşəkar kadrların hazırlanmasında iştirak etmək vacibdir. Yaxın gələcəkdə Azərbaycanda bu sahədə peşə təhsili veriləcək. Qərar Dövlət Peşə Təhsili Agentliyi və Azərbaycan Zərgərlər Birliyi tərəfindən verilib. Tərəflər qarşılıqlı anlaşma memorandumu imzalayıblar və bunun sayəsində ölkə bazarında peşəkar zərgərlərə olan tələbatın ödənilməsi planlaşdırılır.

 

Xüsusi bir təlim planının hazırlanması planlaşdırılır. Tələbələr işlərini asanlaşdıracaq yeni metodlarla işləməyi öyrənmək imkanı qazanacaqlar. Bununla yanaşı, nəsillərin davamlılığını təmin etmək üçün onlara Azərbaycan zərgərlik sənətinin ənənələrini də öyrədəcəklər. Zərgər - tələbələr Azərbaycanda müvafiq məhsul istehsalı ilə məşğul olan müəssisələrdə təcrübə keçmək imkanı qazanacaqlar.

 

İqtisadçı Fuad Əlizadə AYNA-ya açıqlamasında deyib ki, ölkəmizdə zərgərlik sənayesinin inkişafı gəlirlidir, çünki özümüzün qızıl ehtiyatlarımız var: “Zərgərlik qızıl məmulatlarını satmaq sadəcə qızıl satmaqdan daha sərfəlidir. Ekspert zərgərlik istehsalına dövlət tərəfindən nəzarət edilməli olduğuna inanır, yəni qızılın keyfiyyəti, məhsulların üzərinə qoyulacaq əyarların uyğun olması və s. istehlakçı hüquqlarının qorunmasını təmin etmək lazımdır”.

 

“Ondan hazırlanan qızıl və zinət əşyaları hələ də çoxları tərəfindən gəlirli bir investisiya kimi qəbul edilir, bu səbəbdən də əhali arasında populyardır. Pandemiya və karantin tədbirləri səbəbiylə toylara qoyulan qadağa tələbi əhəmiyyətli dərəcədə azaltdı. Əlbəttə, qızıl zinət əşyalarını aldığınızdan daha ucuz satırsınız və bu da nəzərə alınmalıdır. Ancaq qızıl sikkələr yaxşı bir qiymətə satıla bilər ”, - deyə həmsöhbətimiz bildirib.

 

Onun sözlərinə görə, ölkəmizdə mənşəyi bilinməyən keyfiyyətsiz qızıl əşyaların idxalının dayandırılması üçün tədbirlər görülür: “Təchizatçıların və istehsalçıların fəaliyyəti üçün şəffaf sxemlərə ehtiyacımız var. Yeni iş yerlərinin açılmasına və əhalinin gəlirlərinin artmasına səbəb olacaq sivil zərgərlik bazarının yaranması məqsədəuyğundur”.

Müəllif: Elya Belskaya

Ramanada faciə

Dünən, 17:26 Hadisə