Dünya birjalarında neftin qiyməti dəyişib

İqtisadiyyat

10.12.2020 - 10:50

Həkimlər Klinikalar SEO Xidməti

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

 

Dünya birjalarında neft qiymətləri bahalaşır. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar artaraq 48,92 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,11 dollar bahalaşaraq 45,63 dollar olub.

 

Azərbaycan neftinin qiyməti ucuzlaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,12 dollar ucuzlaşaraq 49,21 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

 

 

Müəllif: Ayna.az