“Mənəvi dəyərlər və Milli kimlik” adlı tədbir keçirilib
“Müasir İnkişaf” İctimai Birliyinin və Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun (MDTF) dəstəyi ilə icra edilən “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” layihəsi üzrə “Mənəvi dəyərlər və Milli kimlik” adlı tədbir keçirilib.
“Müasir İnkişaf” İctimai Birliyinin sədri, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü təmsil etdiyi qurumun fəaliyyətindən, tədbirlərindən, layihələrindən, nəşrlərindən və s. söz açıb. O, “Mənəvi dəyərlərimizi yaşadaq və təbliğ edək” layihəsi çərçivəsində görülmüş işlərdən bəhs edib. Prosesin artıq başa çatmaq üzrə olduğunu, hazırda “Azərbaycan mənəvi dəyərləri” başlıqlı kitab üzərində iş getdiyini deyib.
Sonda belə tədbirlərin davamlı şəkildə keçirilməsinin, ziyalılarla birgə ictimai, ideoloji, tarixi, ədəbi, dini mövzuların müzakirəsinin təşkilinin zəruriliyi vurğulanıb.